DÜNYA


Gürcüstan MSK parlament seçkilərinin yekun nəticələrini açıqlayıb

Tbilisi, 3 dekabr, AZƏRTAC

Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 31-də ölkədə keçirilmiş parlament seçkiləri ilə bağlı yekun nəticələri elan edib.

AZƏRTAC xəbər verir ki, MSK-nın son qərarına əsasən, hakim Gürcü Arzusu-Demokratik Gürcüstan partiyası seçkilərdə 48,22 faiz səs toplayıb.

Bununla da hakim partiya X çağırış Gürcüstan parlamentində proporsional sistem üzrə 60, majoritar sistem üzrə isə 30 olmaqla ümumilikdə 90 deputat mandatı əldə edib.

Bu seçkilərdə mübarizə aparan 8 siyasi müxalifət partiyası isə ümumilikdə parlamentdə 60 yer qazanıb.

Onların da sırasında ən çox yeri Vahid Milli Hərəkat-Güc Birlikdədir bloku qazanıb - 36 mandat.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.