DÜNYA


Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri vəzifəsinə iki nəfərin namizədliyi təsdiqlənib

Tbilisi, 12 iyul, AZƏRTAC

Gürcüstan Prezidenti Salome Zurabişvili Mərkəzi Seçki Komissiyasının (MSK) sədri vəzifəsinə 8 namizəddən ikisinin adını parlamentə təqdim edib.

AZƏRTAC xəbər verir ki, MSK sədri vəzifəsinə seçkilərlə bağlı keçirilən müsahibədə 8 namizəddən yalnız iki nəfəri - Giorgi Kalandarişvili və Giorgi Santuriani tələblərə cavab veriblər.

Hər iki namizəd hazırda MSK-da yüksək vəzifələr tutur.

Məsələnin qanunverici orqanın bugünkü büro iclasında nəzərdən keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, MSK-nın keçmiş sədri Tamar Jvaniya iyunun 30-da istefa verib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.