İQTİSADİYYAT


Gürcüstan Prezidenti: TANAP Gürcüstan, Azərbaycan və Türkiyə üçün çox böyük əhəmiyyət daşıyır

Tbilisi, 7 dekabr, AZƏRTAC

TANAP təqdirəlayiq bir layihədir və hər üç ölkə - Gürcüstan, Azərbaycan və Türkiyə üçün çox böyük əhəmiyyət daşıyır. Bu layihə iqtisadiyyatımızın inkişafına gedən ən uğurlu yoldur.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Gürcüstan Prezidenti Salome Zurabişvili söyləyib.

Onun sözlərinə görə, Azərbaycan qazının Gürcüstan ərazisindən keçərək Türkiyədən Avropaya nəqli tək bizim üçün deyil, avropalılar üçün də önəmlidir. Layihənin 2020-ci ildə işə başlaması planlaşdırılıb. TANAP, sadəcə, iqtisadiyyatımız üçün yox, həmçinin regionda təhlükəsizliyimiz üçün də böyük rol oynayan layihədir.

“Bir daha qeyd etmək istəyirəm ki, bu layihə tək bizim üçün deyil, həmçinin bütün region üçün böyük əhəmiyyət kəsb edir. Biz hər zaman deyirik ki, istər Gürcüstanın, istərsə də bütün Cənubi Qafqaz ölkələrinin məqsədi Avropaya yaxınlaşmaqdır və bu layihənin reallaşması regionun Avropaya yaxınlaşması deməkdir”, - deyə S.Zurabişvili vurğulayıb.

O deyib: “Əlbəttə Gürcüstan bu yeni layihə ilə əldə edəcəyi payla öz enerji təhlükəsizliyini gücləndirəcək və ölkəmiz 1 milyard kubmetrə qədər pay alacaq. Bu da Gürcüstan iqtisadiyyatı üçün çox önəmlidir”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.