DÜNYA
Gürcüstan-Rusiya sərhədi yaxınlığında qar uçqunu altında qalan 12 nəfər xilas edilib
Tbilisi, 7 yanvar, AZƏRTAC
Gürcüstan-Rusiya sərhədində yenidən yük avtomobillərinin tıxacı yaranıb. Buna səbəb Transqafqaz avtomagistralındakı Rok tuneli yaxınlığında qar uçqununun baş verməsi olub.
AZƏRTAC xəbər verir ki, Rok tuneli yaxınlığında baş vermiş qar uçqunu nəticəsində 5 avtomobil tuneldə qalıb. Avtomobillərdə 12 nəfərin olduğu bildirilir.
Xilasedicilər artıq insanları xilas ediblər. Onlara ilkin tibbi yardım göstərilir.
Avtomobillər isə hələ də “qar əsirliyində” qalıblar.
Hərbi Gürcüstan yolunda qoşqulu və yarımqoşqulu yük avtomobillərinin hərəkəti dayandırılıb. Hazırda yolda, Rusiya-Gürcüstan sərhəd keçid məntəqəsində 100-ə yaxın yük avtomobili dayanıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [20:16]
Gürcüstan müxalifəti yeni mitinq elan edib
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]