DÜNYA


Gürcüstan Rusiyadan aldığı unu dəmir yolu vasitəsi ilə əldə edəcək

Gürcüstan Rusiyadan aldığı unu dəmir yolu vasitəsi ilə əldə edəcək

Tbilisi, 24 mart, AZƏRTAC

Gürcüstan Rusiyadan aldığı unu dəmir yolu vasitəsi ilə əldə edəcək. Rusiyadan alınacaq un Azərbaycandan keçməklə Gürcüstana gətiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın Çörək Məmulatları İstehsalçıları Assosiasiyasının direktoru Malxaz Dolidze məlumat verib.

Onun sözlərinə görə, Rusiyadan alınan unun Gürcüstana çatdırılmasında gecikmə olmayacaq. Buna görə də ölkədə un çatışmazlığı gözlənilmir.

M.Dolidze deyib: “Gürcüstandakı dəyirmanlar buğda ilə təmin olunub və iki aylıq ehtiyat var. Alınan un da vaqonlarla Azərbaycandan çatdırılacaq. Buna görə də ölkədə çörək təminatında problem yaşanmayacaq”.

M.Dolidze qeyd edib ki, unun qiyməti artsa da, çörəyin bahalaşması hələ gözlənilmir.

Qeyd edək ki, Gürcüstan istehlak etdiyi unun təqribən 90 faizini Rusiyadan alır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.