DÜNYA


Gürcüstan Rusiyadan təbii qaz alacaq

Tbilisi, 11 aprel, AZƏRTAC

Gürcüstan Rusiyadan az miqdarda da olsa təbii qaz alacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Qeorqi Kobuliya deyib.

Nazir Rusiyadan Ermənistana satılan təbii qazın Gürcüstan ərazisindən nəqlinə görə, Rusiyadan az miqdarda da olsa “mavi yanacaq” alınacağını bildirib. O deyib ki, Rusiya tərəfi ilə aparılan danışıqların nəticəsi olaraq “Gazprom” şirkəti ilə imzalanmış müqavilədə Gürcüstana az miqdarda da olsa təbii qazın verilməsi barədə maddə əksini tapıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.