Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Gürcüstan Sənaye Qrupu”nun Direktorlar Şurasının sədri David Bejuaşvilidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

İcazə verin, doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edim.

Sizə möhkəm cansağlığı, ailənizə əmin-amanlıq, güclü Azərbaycan dövləti qurmaq kimi şərəfli tarixi missiyanı davam etdirmək üçün enerji diləyirəm. Artıq neçə illərdir ki, biz dost və qardaş Azərbaycan xalqının uğurlarını sevinclə müşahidə edir, Sizə və ölkənizə firavanlıq, yeni uğurlar və əmin-amanlıq arzulayırıq.

Biz bundan sonra da vahid, dinc və çiçəklənən Azərbaycan görmək istəyirik. Əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycan bundan sonra da yeni uğurlar qazanacaq, böyük, nurlu ümidlər və geniş imkanlar ölkəsi olaraq qalacaq.

Ad gününüz mübarək, hörmətli İlham Heydər oğlu!

Sizə və bütün ailənizə ən xoş arzular və dərin hörmətlə,

 

David Bejuaşvili

“Gürcüstan Sənaye Qrupu”nun Direktorlar Şurasının sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin