DÜNYA


Gürcüstan Türkiyəyə kömək göndərir

Gürcüstan Türkiyəyə kömək göndərir

Tbilisi, 6 fevral, AZƏRTAC

Gürcüstan hökuməti Türkiyəyə zəlzələnin nəticələrini aradan qaldırmaq məqsədilə xilasedicilər və avadanlıq göndərəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumət administrasiyasından məlumat verilib.

Bildirilib ki, Baş nazir İrakli Qaribaşvilinin qərarına əsasən, Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar Gürcüstan hökuməti yaxın bir neçə saat ərzində xilasetmə tədbirlərində iştirak etmək üçün müvafiq texnika və xilasediciləri göndərəcək.

Türkiyədə zəlzələnin nəticələrinin aradan qaldırılmasına görə Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidmətinin əməkdaşları cəlb olunacaq.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.