SİYASƏT


Gürcüstan XİN rəsmisi: Gürcüstan-Azərbaycan münasibətlərində heç bir problem yoxdur

Tbilisi, 11 may, AZƏRTAC

Gürcüstan ilə Azərbaycan münasibətlərində heç bir problem yoxdur. Sadəcə olaraq ölkələrimiz arasında müzakirə olunacaq məsələlər var və mən əminəm ki, hər iki tərəf bir-birinin maraqlarını nəzərə alaraq, istənilən məsələni yoluna qoya bilər.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Gürcüstan Xarici İşlər nazirinin müavini, Azərbaycan-Gürcüstan sərhədlərinin delimitasiya və demarkasiyası üzrə komissiyanın həmsədri Laşa Darsalia deyib.

Onun sözlərinə görə, artıq Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiyanın üzvləri təsdiq olunub və komissiyanın ilk iclası gələn həftə Bakıda keçiriləcək.

L.Darsalia deyib: “Komissiyanın ilk iclasında iştirak etmək üçün mayın 14-də Bakıya səfər edəcəyəm. Azərbaycanlı həmkarımla görüşəcəyəm. Biz çətin, lakin həlli mümkün olacaq məsələni müzakirə edəcəyik”.

Nazir müavini bildirib ki, hazırkı mərhələdə Gürcüstan tərəfindən komissiyada dövlət qurumları ekspertlər səviyyəsində təmsil olunublar.

Qeyd edək ki, Gürcüstan hökumətinin mayın 10-da keçirilmiş iclasında sərhədlərin delimitasiya və demarkasiyası üzrə komissiyanın tərkibi təsdiqlənib.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.