İDMAN


Gürcüstan - Azərbaycan oyununu fransalı baş hakim Sedrik Pelissier idarə edəcək

Bakı, 21 yanvar, AZƏRTAC

Futzal üzrə Avropa çempionatının final mərhələsi çərçivəsində yanvarın 22-də Niderlandın Qroningen şəhərindəki “Martini Plaza”da keçiriləcək Gürcüstan - Azərbaycan oyununa təyinatlar açıqlanıb.

AZƏRTAC Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, matçın baş hakimi fransalı Sedrik Pelissier olacaq.

Qeyd edək ki, fevralın 6-dək Niderlandda keçiriləcək Avropa çempionatının final mərhələsində Azərbaycan millisi D qrupunda mübarizə aparacaq. Yığmamız yanvarın 22-də Gürcüstan, dörd gün sonra İspaniya, ayın 29-da isə Bosniya və Herseqovina ilə qarşılaşacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.