CƏMİYYƏT


Gürcüstan azərbaycanlıları Azərbaycanda dini təhsil ala bilərlər

Tbilisi, 8 may, AZƏRTAC

Gürcüstanda yaşayan azərbaycanlılar Azərbaycan İlahiyyat İnstitutunda təhsil ala biləcəklər.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan İlahiyyat İnstitutunun prorektoru Aqil Şirinov Gürcüstanın Marneuli rayonunda "Ulu öndər Heydər Əliyev və mənəvi dəyərlər" mövzusunda keçirilmiş tədbirdə deyib.

Onun sözlərinə görə, gənclər institutda əsasən iki ixtisas üzrə dövlət hesabına təhsil alırlar. Təhsil dörd ildir və bakalavr təhsilini başa vuran insanlar magistratura təhsili də ala bilərlər.

Aqil Şirinov Gürcüstanda yaşayan soydaşlarımızın da bu institutda təhsil almaq imkanına malik olduqlarını bildirib. O, soydaşlarımızı Azərbaycan İlahiyyat İnstitutunda təhsil almağa dəvət edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.