DÜNYA


Gürcüstan beynəlxalq aviareyslərə tətbiq olunan qadağanın müddətini artırıb

Tbilisi, 19 noyabr, AZƏRTAC

Gürcüstanda beynəlxalq müntəzəm aviareyslərə tətbiq olunan məhdudiyyətlərin müddəti 2021-ci il yanvarın 1-dək uzadılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiya Agentliyi məlumat yayıb.

Bildirilir ki, məhdudiyyətlər Tbilisidən Münhen, Paris, Riqa, Doha, Varşava, Afina, Amsterdam, Vyana, Berlin və Milana yerinə yetirilən birbaşa uçuşlara şamil olunmur.

Qərar Kutaisi ilə Riqa, Vilnüs, Dortmund və Katovitsa şəhərləri arasındakı müntəzəm reyslərə də şamil edilməyəcək.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.