DÜNYA


Gürcüstan beynəlxalq aviareysləri bərpa edir

Tbilisi, 15 oktyabr, AZƏRTAC

Gürcüstan noyabrdan etibarən beynəlxalq aviareysləri tədricən bərpa etməyi planlaşdırır. Artıq bu barədə müəyyən məsələhətləşmələr aparılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Baş Naziri Giorgi Qaxariya deyib.

Hökumət başçısı bildirib ki, oktyabrın sonundan Paris və Münhen istiqamətləri üzrə mövcud reyslərin sayının artırılması planlaşdırılır.

“Noyabrdan başlayaraq isə həm Tbilisi, həm də Kutaisidən Avropa istiqaməti üzrə birbaşa reyslər açılacaq”, – deyə G.Qaxariya vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.