İQTİSADİYYAT


Gürcüstan bu il Azərbaycandan 530 ton buğda unu idxal edib

Tbilisi, 30 oktyabr, AZƏRTAC

Gürcüstan cari ilin yanvar – sentyabr aylarında Azərbaycandan 530 ton buğda unu idxal edib.

AZƏRTAC Gürcüstan Milli Statistika Xidmətinə istinadla xəbər verir ki, qonşu ölkə 9 ayda ümumilikdə 441,1 min ton buğda idxal edib. Bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 13,2 faiz çoxdur.

Hesabat dövründə Gürcüstan ən çox taxılı Rusiyadan idxal edib – 377,5 min ton. Bu da Gürcüstanın ümumi taxıl idxalının 85,4 faizini təşkil edib.

Gürcüstan Qazaxıstan, Türkiyə, Ukrayna və digər ölkələrdən də taxıl idxal edib. Statistika Xidmətinin məlumatına görə, Gürcüstan hesabat dövründə 86,6 milyon dollar dəyərində taxıl, 2,96 milyon dollar dəyərində un idxal edib.

Gürcüstanda hər il 750-800 min ton taxıl istehlak olunur. Ölkə bunun yalnız 15-20 faizini daxili istehsal hesabına ödəyir. Qalanını isə başqa ölkələrdən idxal edir.

Keçən il Gürcüstanda 97,9 min ton taxıl istehsal olunub. 2018-ci ildə isə bu rəqəmin 230 min ton olacağı proqnozlaşdırılıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.