İQTİSADİYYAT


Gürcüstan cari ildə tədarük etdiyi elektrik enerjisinin 52,4 faizini Azərbaycandan alıb

Tbilisi, 15 may, AZƏRTAC

Gürcüstan yanvar-aprel aylarında 780,4 milyon kilovat/saat elektrik enerjisi idxal edib. Bu həcmin 52,4 faizi Azərbaycandan alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Gürcüstanın Elektrik Enerjisi Sisteminin Kommersiya Operatoru”nun (ESCO) hesabatında deyilir.

Bildirilir ki, hesabat dövründə Gürcüstan Azərbaycandan 409,3 milyon kilovat/saat elektrik enerjisi alıb.

Gürcüstan Rusiyadan isə 371 milyon kilovat/saat elektrik enerjisi tədarük edib. Bu həcm Gürcüstanın idxal etdiyi ümumi elektrik enerjisinin 47,5 faizini təşkil edib.

Dörd ayda Azərbaycan Gürcüstandan keçməklə Türkiyəyə 51,09 milyon kilovat/saat elektrik enerjisinin tranzitini həyata keçirib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.