İQTİSADİYYAT


Gürcüstan cari ilin 9 ayında Azərbaycandan 168,5 min ton yanacaq idxal edib

Tbilisi, 26 oktyabr, AZƏRTAC

Gürcüstan cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan idxal etdiyi benzin və dizel yanacağının həcmini artırıb.

AZƏRTAC xəbər verir ki, Gürcüstan hesabat dövründə Azərbaycandan 168,5 min ton yanacaq idxal edib.

Bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 19,7 faiz çoxdur.

Gürcüstan hesabat dövründə istehlak etdiyi yanacağın 41,2 faizini Azərbaycandan alıb.

Azərbaycan bununla da Gürcüstanın əsas yanacaq təminatçısı olub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.