DÜNYA


Gürcüstan cari ilin iki ayında rekord həcmdə buğda alıb

Gürcüstan cari ilin iki ayında rekord həcmdə buğda alıb

Tbilisi, 22 mart, AZƏRTAC

Gürcüstan fevral ayında 3 ölkədən 37 min 877 ton buğda idxal edib. Bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 103 faiz çoxdur.

AZƏRTAC xəbər verir ki, Gürcüstan fevral ayında buğda almaq üçün 9,2 milyon dollar xərcləyib. 2020-ci ilin fevralında isə bu rəqəm 4,1 milyon dollar təşkil edib.

Hesabat dövründə Gürcüstan Rusiyadan 8 milyon dollar dəyərində 32 252 ton, ABŞ-dan 955 min 300 dollar dəyərində 4 998 ton, Qazaxıstandan isə 178 min 500 dollar dəyərində 627 300 ton buğda alıb.

Cari ilin yanvar-fevral aylarında isə Gürcüstan 67 274 ton buğda alıb. Bu rəqəm 2020-ci ilin yanvar –fevral aylarında 46 377 ton olub.

Qeyd edək ki, Gürcüstan istehlak etdiyi buğdanın 90 faizini xaricdən alır.

Gürcüstanın ən böyük buğda ixracatçısı Rusiyadır. 2020-ci ildə Gürcüstan istehlak etdiyi buğdanın 90 faizini Rusiyadan alıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.