İQTİSADİYYAT


Gürcüstan cari ilin yanvar-fevral aylarında Azərbaycandan 25 min 161,5 ton neft və neft məhsulları idxal edib

Tbilisi, 20 mart, AZƏRTAC

Cari ilin yanvar-fevral aylarında Gürcüstan Azərbaycandan 13 milyon 323,2 min ABŞ dolları məbləğində neft və neft məhsulları idxal edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, Gürcüstan qonşu Azərbaycandan ümumilikdə 25 min 161,5 ton neft və neft məhsulları idxal edib. Bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 35,5 faiz çoxdur.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.