Gürcüstan daha 15 nəfər koronavirusdan ölüb
AzerTAg.az
Tbilisi, 12 fevral, AZƏRTAC
Gürcüstanda son sutka ərzində 24 min 359 nəfər koronavirusla əlaqədar test olunub. Nəticədə daha 507 nəfərdə COVID-19 təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin rəsmi stopgov.ge saytında məlumat yerləşdirilib.
Bildirilir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 264 min 665-ə çatıb.
Bununla yanaşı, son sutka ərzində 660 nəfər bu virusdan sağalıb. Koronavirusdan müalicə olunaraq sağalanların ümumi sayı 256 min 684 nəfərdir.
Pandemiya qurbanlarının sayı da 15 fakt artaraq 3 min 336 nəfərə çatıb.
Əhalinin COVID-19 virusuna gündəlik yoluxma sayı ümumi əhali sayının 2,08 faizini təşkil edir.
Hazırda ölkədə 304 nəfər karantində, 2045 nəfər stasionar nəzarətdə, 284 nəfər isə kovid-otellərdə müalicə alır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Xəbərin mətnində orfoqrafik səhv var