DÜNYA


Gürcüstan dörd ölkədən səfirlərini geri çağıracaq

Tbilisi, 11 aprel, AZƏRTAC

Gürcüstanın Baş naziri Mamuka Baxtadze Estoniya, İsrail, Moldova və Küveytdəki səfirləri geri çağırmaq barədə qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, Baş nazir bununla bağlı Prezident Salome Zurabişviliyə müraciət edib.

Müraciətdə Gürcüstanın Estoniyadakı səfirinin cari il iyunun 1-dən, İsrail və Küveytdəki səfirlərin iyulun 1-dən, Moldovadakı səfirin isə 2020-ci il yanvarın 1-dən etibarən tutduqları vəzifədən azad olunmaları qeyd edilir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.