DÜNYA
Gürcüstan əhalisinin cəmi 2 faizi peyvənd olunub
Tbilisi, 30 aprel, AZƏRTAC
“Gürcüstanda koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması hələ tezdir. Məhdudiyyətlərin aradan qaldırılması üçün ölkə əhalisinin ən azı 30 faizi peyvənd olunmalıdır”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Tbilisi İnfeksion Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsertsvadze söyləyib.
Baş infeksionist bildirib ki, hazırda ölkə əhalisinin cəmi 2 faizi vaksin qəbul edib. Bu da çox aşağı göstəricidir.
“Peyvənd qəbul edənlərin sayı ölkə əhalisinin 30 faizinə çatdıqda məhdudiyyətlərin aradan qaldırılması barədə danışmaq olar”, - deyə, Tsertsvadze vurğulayıb.
Qeyd edək ki, Gürcüstan əhalisinin sayı 3,7 milyon nəfərdir.
Bu günədək 43 min 568 nəfər peyvənd olunub. Onlardan da yalnız 5218-i vaksinin hər iki dozasını qəbul edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi