CƏMİYYƏT


Gürcüstan hökuməti Azərbaycan ilə sərhəd Kaxeti bölgəsində quş ovunu qadağan edib

Tbilisi, 12 fevral, AZƏRTAC

Gürcüstanın Azərbaycan ilə sərhədində yerləşən Kaxeti bölgəsindəki Samux vadisində fevralın 13-dən etibarən quş ovu qadağan edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Ekologiya, Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, həmin ərazidə ov zamanı açılan atəş bu bölgənin zəngin və əsrarəngiz təbiətinə daha bir gözəllik bəxş edən ceyranları qorxudur. Atəş səsindən qorxaraq meşənin dərinliklərinə qaçan ceyranlar canavarların və digər vəhşi heyvanların hücumuna məruz qalıb məhv olurlar. Nazirlik bunu nəzərə alaraq, həmin ərazilərdə quş ovunu qadağan edib.

Xatırladaq ki, Gürcüstan 2003-cü ildə Dünya Təbiəti Mühafizə Fondunun təşəbbüsünə qoşularaq, Azərbaycan ilə birlikdə ceyranların mühafizəsi və çoxalması layihəsində iştirak edir. Ceyran Təbiəti Mühafizə İttifaqının Qırmızı Kitabında nadir və nəsli kəsilməkdə olan heyvanlar siyahısına daxil edilib və ciddi mühafizə olunur.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.