DÜNYA


Gürcüstan hökuməti Qara dəniz sualtı elektrik kabeli layihəsinin birinci mərhələsini başa çatdırmaq niyyətindədir

Gürcüstan hökuməti Qara dəniz sualtı elektrik kabeli layihəsinin birinci mərhələsini başa çatdırmaq niyyətindədir

Tbilisi, 28 yanvar, AZƏRTAC

Gürcüstan hökuməti Cənubi Qafqaz regionu ilə Cənub-Şərqi Avropanı birləşdirəcək Qara dəniz sualtı elektrik kabelinin çəkilişi ilə bağlı tarixi layihənin birinci mərhələsinin texniki-iqtisadi təhlili və geoloji kəşfiyyatını 2023-cü ilin sonunadək başa çatdırmaq niyyətindədir.

AZƏRTAC xəbər verir ki, məsələ Gürcüstan Baş naziri İrakli Qarıbaşvilinin ölkənin İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin rəhbər işçiləri ilə görüşündə müzakirə olunub.

Bildirilib ki, Cənubi Qafqaz regionu ilə Cənub-Şərqi Avropanı birləşdirəcək Qara dəniz sualtı elektrik kabelinin çəkilişi ilə bağlı tarixi layihənin birinci mərhələsi 2023-cü ildə başa çatdırılmalıdır. Sualtı kabelin ümumi uzunluğu təxminən 1195 kilometrdir.

Baş nazir deyib ki, bu layihə Rumıniya ilə Gürcüstan arasında yüksəkkeyfiyyətli telekommunikasiyanı təmin edəcək. Layihə Avropa və Qafqaz regionunda enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, bərpa olunan enerji sektorunun inkişafına və tranzit imkanlarının artırılmasına töhfə verəcək.

Görüşdə iri enerji layihələri də müzakirə olunub. Ölkədə yeni elektrik stansiyalarının tikintisi və əlavə güclərin yaradılmasının vacibliyi vurğulanıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.