DÜNYA


Gürcüstan hökuməti Rusiyadan Ermənistana yüklərin dəniz yolu ilə daşınmasına icazə verib

Tbilisi, 13 avqust, AZƏRTAC

Gürcüstan hökuməti Rusiyadan Ermənistana və geriyə yüklərin dəniz limanları vasitəsilə daşınmasına icazə verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan İqtisadiyyat Nazirliyinin Dəniz Nəqliyyatı Agentliyindən məlumat verilib.

Bildirilir ki, Ermənistan hökuməti “Kazbeqi”-“Yuxarı Lars” gömrük-keçid məntəqəsinin yükü ilə əlaqədar Rusiyaya və geriyə dəniz yolu ilə yüklərin daşınmasına icazə verilməsi üçün Gürcüstan hökumətinə müraciət edib.

Ermənistan tərəfi bildirib ki, Rusiya ilə sərhəddə yerləşən “Kazbeqi”-“Yuxarı Lars” gömrük-keçid məntəqəsinin gecə-gündüz fəaliyyət göstərməsinə baxmayaraq, Gürcüstanın tranzit dəhlizinin sıxlığı səbəbindən yük axınlarının idarə edilməsi xeyli mürəkkəbləşib. Bu da müəyyən yüklərin son məntəqəyə çatdırılmasında gecikmələrə, tez xarab olan məhsulların yararsız hala düşməsinə səbəb olur.

Agentliyin məlumatında qeyd olunur ki, Ermənistanın dənizə çıxışı yoxdur və beynəlxalq ticarət üçün ənənəvi olaraq Gürcüstan limanlarından istifadə edir. Agentlik dənizə çıxışı olmayan dövlətlərin tranzit ticarəti haqqında beynəlxalq Konvensiya üzrə ölkənin öhdəliklərini nəzərə alıb.

Ermənistan tərəfinin məlumatına görə, artıq bir neçə gündən sonra dəniz nəqliyyatı vasitəsilə yükdaşınmalarına başlanılacaq.

 
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.