DÜNYA


Gürcüstan hökuməti aksiz vergilərinin azaldılması ilə bağlı müxalifətin təklifini qəbul etməyib

Tbilisi, 11 oktyabr, AZƏRTAC

Gürcüstan müxalifəti və parlamentdəki azlıq fraksiyası ölkədə yanacağın qiymətinin aşağı salınması üçün neft məhsullarına tətbiq olunan aksiz vergisinin azaldılmasını təklif edib. Müxalifətin fikrincə hazırkı vəziyyətdə Gürcüstanın idxal etdiyi yanacağa tətbiq olunan aksiz vergisinin məbləği aşağı salınmalıdır.

AZƏRTAC Gürcüstan mətbuatına istinadla xəbər verir ki, hökumət bunun mümkün olmadığını bildirib.

Gürcüstanın maliyyə nazirinin müavini Georgi Kakauridze jurnalistlərə deyib ki, hökumət hazırkı mərhələdə neft məhsullarına tətbiq olunan aksiz vergisini azaltmağı planlaşdırmır. Aksiz vergisinin azaldılması ilə bağlı nazirliyə də heç bir layihə təqdim olunmayıb.

Qanunvericilikdə belə bir dəyişikliyi istisna etməyən G.Kakauridze deyib: “Əgər 2019-cu ilin dövlət büdcəsində belə bir dəyişikliyin edilməsi təklifi olsa, biz bunu müzakirə edə bilərik”.

Məlumat üçün qeyd edək ki, son üç ayda Gürcüstanda yanacağın qiyməti əvvəlki illə müqayisədə 10-19 faiz bahalaşıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.