DÜNYA


Gürcüstan hökuməti bu il ölkə iqtisadiyyatına 200 milyon dollar sərmayə cəlb etmək niyyətindədir

Tbilisi, 17 aprel, AZƏRTAC

Gürcüstan bu il ölkə iqtisadiyyatına 200 milyon ABŞ dolları həcmində sərmayə cəlb etmək niyyətindədir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kobulia söyləyib.

Nazir deyib ki, Gürcüstan bu il həm də xaricdən məhsul alışını azaldacaq və ixraca daha çox üstünlük verəcək.

Bu il ixracın həcminin 600 milyon dollardan 700 milyon dollara çatdırılması nəzərdə tutulub.

Hökumət, həmçinin xarici şirkət və investorların hüquqlarının qorunması barədə mühüm addımlar atacaq. Bu da ölkəyə sərmayə qoyuluşunun, yerli istehsalın həcminin artmasına səbəb olacaq.

Nazirin sözlərinə görə, 2019-cu ilin birinci rübündə müəyyən sahələrə 30 milyon 250 min lari sərmayə qoyulub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.