Gürcüstan hökuməti buğda və arpa ixracına qadağa qoyub
AzerTAg.az

Tbilisi, 28 iyun, AZƏRTAC
Gürcüstan hökuməti bir il müddətinə buğda və arpa ixracına qadağa qoyub.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın kənd təsərrüfatı naziri Otar Şamuqiya məlumat verib.
Onun sözlərinə görə, ölkədən buğda və arpa ixracına qadağa 2023-cü il iyulun 4-dək qüvvədə qalacaq.
Nazir deyib ki, cari ildə Gürcüstandan 2,5 min ton arpa ixrac olunub. Məhsul əsasən İran və İraqa daşınıb.
Bildirilir ki, bu il Gürcüstanda təxminən 60 min ton arpa tədarük olunacağı proqnozlaşdırılır.
Gürcüstanda hər il 130 min tona yaxın buğda istehsal olunur. Bu isə ölkənin buğdaya olan tələbatının beşdə birini təşkil edir.
Ölkənin buğdaya olan tələbatını ödəmək üçün tələb olunan bu məhsulun qalan 90 faizi isə Rusiyadan alınır.
Otar Şamuqiya bildirib ki, hökumət yaxın illərdə ölkədə buğda əkinini 15 faizdən 50 faizədək artırmağı planlaşdırır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Xəbərin mətnində orfoqrafik səhv var