DÜNYA


Gürcüstan hökuməti marixuana ilə bağlı hazırladığı qanun layihəsini parlamentdən geri götürəcək

Tbilisi, 2 noyabr, AZƏRTAC

Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze Patriarx II İlya ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, əsasən də marixuananın tibbi və kosmetik məqsədlər üçün istehsalını, ixracını nəzərdə tutan qanun layihəsi barədə fikir mübadiləsi aparılıb.

İrakli Kobaxidze görüşdən sonra jurnalistlərə bildirib ki, əvvəlcədən də elan olunduğu kimi, bu qanun layihəsi geniş konsensusla qəbul oluna bilərdi. Cəmiyyətdə bu məsələ ilə bağlı yaranan fikir ayrılığından sonra onu dini liderimizlə də müzakirə etdik. Bu görüşdə qanunun müzakirələrdən geri çağırılması barədə razılıq əldə olundu.

“Qanunun əsas müəllifi hökumətdir. Gürcüstan hökuməti marixuananın tibbi və kosmetik təyinatlı ixracı məqsədilə yetişdirilməsini nəzərdə tutan qanun layihəsini parlamentdən geri götürəcək”, - deyə o, əlavə edib.

Məlumat üçün qeyd edək ki, Gürcüstan parlamenti qeyd olunan qanun layihəsinin müzakirəsini ötən ayın əvvəlində iki ay müddətinə təxirə salıb. Hökumətin hazırladığı qanun layihəsini Gürcüstan Patriarxlığı və əksər dini icmalar kəskin etirazla qarşılamışdı.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.