DÜNYA


Gürcüstan hökuməti ölkənin quru sərhədlərinin açılması üzrə iş aparır

Tbilisi, 6 may, AZƏRTAC

Gürcüstan hökuməti ölkənin quru sərhədlərinin açılması üzrə iş aparır.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava deyib.

Onun sözlərinə görə, ölkənin quru sərhədlərində də hava sərhədində tətbiq edilən qaydaların tətbiqi nəzərdə tutulub. Nazir deyib ki, məsələ yaxın vaxtlarda hökumətdə müzakirə olunacaq və qərar veriləcək.

Qeyd edək ki, Gürcüstana hava sərhədindən daxil olan şəxslər son 72 saat ərzində aparılan PCR testinin mənfi nəticəsini təsdiqləyən arayış təqdim edir. Həmin şəxslər Gürcüstanda uzun müddət qalacaqları təqdirdə 3 günün tamamında öz hesablarına yenidən test yoxlamasından keçirlər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbililisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.