DÜNYA


Gürcüstan hökuməti regionlarda yeni məktəb binaları tikəcək

Tbilisi, 6 fevral, AZƏRTAC

Gürcüstanda təkcə elitar və nüfuzlu məktəblər deyil, təhsildə uğurları çox olan məktəblər olmalıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri Mamuka Baxtadze ölkənin təhsil sahəsindəki islahatlara dair təqdimat mərasimindəki çıxışında söyləyib. Baş nazir deyib ki, cəmiyyətdəki mövcud problemlərin – yoxsulluq, inkişafdan qalma, cinayətkarlıq və digər xoşagəlməz hadisələrin kökündə savadsızlıq dayanır. Biz bunun həlli istiqamətində müəyyən addımlar atmağı qərara aldıq və bunun üçün də ilk növbədə təhsil sahəsində islahatlar dayanır.

Hökumət başçısının sözlərinə görə, təhsil islahatlarında əsas prioritetlərdən biri müəllim əməyi və onun ictimai statusu olacaq. Bu zaman onların əmək haqları da diqqətdən kənarda qalmayacaq. Məktəblərdə inklüziv təhsil, inkişaf, əməkdaşlıq, təhlükəsizliyin təmin olunması, eləcə də mehriban dostluq münasibətləri xüsusi diqqət mərkəzində olacaq. Hökumət başçısı deyib ki, yeni məktəb binalarının tikintisi və mövcud olanların reabilitasiyası üçün nəzərdə tutulan vəsaitin həcmi 2019-cu ilin dövlət büdcəsində 2,5 dəfə artırılıb.

“Yeni məktəb binalarının tikintisi təkcə paytaxtı deyil, bütün regionları da əhatə edəcək. Biz insan kapitalına yönəlmiş sərmayələri artıracağıq. Bu, cəmiyyətin inteqrasiyası üçün ən vacib vacibdir şərtdir”, – deyə Baş nazir vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.