DÜNYA


Gürcüstan hökuməti tam tərkibdə istefa verib

Tbilisi, 18 fevral, AZƏRTAC

Gürcüstan hökuməti fevralın 18-də tam tərkibdə istefa verib.

AZƏRTAC xəbər verir ki, buna səbəb Baş nazir Giorgi Qaxariyanın istefası ilə onun səlahiyyətlərinin dayandırılmasıdır.

Hökumət üzvləri yeni Baş nazirin təyinatına qədər vəzifələrini icra edəcəklər.

Ölkə parlamenti iki həftə ərzində yeni hökumət və onun təqdim etdiyi Nazirlər Kabinetinə etimad göstərməlidir.

Hökumətə etimad üçün parlament çoxluğunun dəstəyi tələb olunur.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.