DÜNYA
Gürcüstan hökuməti tranzit dəhlizinin rəqabət qabiliyyətini artırmaq üçün regional əməkdaşlığı davam etdirəcək
Tbilisi, 23 fevral, AZƏRTAC
Gürcüstan hökuməti ölkənin tranzit dəhlizinin rəqabət qabiliyyətini artırmaq üçün beynəlxalq nəqliyyat sistemlərinə inteqrasiya və regional əməkdaşlığı dərinləşdirməkdə davam edəcək
AZƏRTAC xəbər verir ki, bu məsələ Gürcüstanın yeni hökumətinin 2021-2024-cü illər üzrə proqramında əksini tapıb.
Qeyd olunub ki, Bakı-Tbilisi-Qars layihəsinin tam başa çatdırılması Asiya və Avropa arasında yüklərin daşınması üçün tələb olunan vaxt əhəmiyyətli dərəcədə qısaldılacaq və bu da Gürcüstana əlavə yüklərin cəlb olunmasına imkan verəcək.
Proqramda deyilir ki, Gürcüstan tərəfdaş ölkələrlə birgə tranzit dəhlizinin rəqəmsallaşdırılması üzrə işlərin aparılmasını planlaşdırır. Bu da Gürcüstan vasitəsilə yükdaşımaların effektivliyini artıracaq və davamlılığını təmin edəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:43]
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]