DÜNYA


Gürcüstan hökuməti xarici turistlərin qəbulunu iyulun 31-dək təxirə salıb

Tbilisi, 29 iyun, AZƏRTAC

Gürcüstan hökuməti ölkə sərhədlərinin iyulun 1-dən xarici turistlər üçün açılması barədə qərarına yenidən baxıb. Yeni qərara əsasən sərhədlərin açılması iyulun 31-dək təxirə salınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə hökumət administrasiyasından məlumat verilib.

Koronavirusla əlaqədar martın 21-də Gürcüstanda fövqəladə vəziyyət elan olunub. Ölkənin bütün istiqamətlərdə beynəlxalq uçuşları və yerüstü nəqliyyat əlaqələri (beynəlxalq yükdaşımalar istisna olmaqla) dayandırılıb, xarici turistlərin Gürcüstana daxil olması qadağan edilib. Fövqəladə vəziyyət rejimi mayın 23-də ləğv edilsə də, ölkənin sərhədləri bağlıdır. Beynəlxalq aviauçuşların bərpası da iyulun sonunadək dayandırılıb.

Hökumətdən onu da bildiriblər ki, Gürcüstan ərazisində biznes əlaqələri və strukturları olan şəxslərin və tələbələrin iyulun 1-dən ölkə ərazisinə giriş prosedurları sadələşdirilə bilər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.