DÜNYA


Gürcüstan hökuməti xidməti avtomobillərin sayını ilin sonunadək 1000 ədəd azaldacaq

Tbilisi, 12 iyul, AZƏRTAC

Bu ilin sonunadək Gürcüstanın dövlət avtomobil parklarındakı xidməti maşınların sayı 1000 ədəd azaldılacaq.

Bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri Mamuka Baxtadze deyib.

Baş nazir bildirib ki, eyni zamanda, xidməti avtomobillərdən istifadə edəcək məmurların da siyahısında dəyişikliklər ediləcək və onların da sayı azaldılacaq.

Xidməti avtomobillərin sayının azaldılması büdcə xərclərinin qənaətinə səbəb olacaq.

İxtisara düşən xidməti avtomobillər satılmaq üçün Maliyyə Nazirliyinə veriləcək. Satışdan əldə olunacaq gəlirlər hesabına təbiəti mühafizə xidməti və patrullar üçün xüsusi texniki avadanlıq alınacaq.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.