DÜNYA


Gürcüstan hökuməti yeni ailə quranlara hədiyyə verəcək

Tbilisi, 6 noyabr, AZƏRTAC

Gürcüstan hökuməti yeni ailə quran gənclərə nikah müqaviləsi imzalanan zaman hədiyyə verəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi qərar qəbul edib. Qərara əsasən Dövlət Xidmətlərinin İnkişafı Agentliyi yeni ailə quranlara Şota Rustavelinin nəfis tərtibatla hazırlanmış “Pələng dərisi geymiş pəhləvan” əsərini hədiyyə edəcək. Bu əsər sevgi, səadət, sadiqlik və bərabərlik rəmzidir. Hədiyyə olaraq bu əsərin seçilməsi, həmçinin gürcü xalqının qədim adət-ənənələrinin bərpası deməkdir. Ənənənin bərpa edilməsi yeni qurulan ailə üçün cehiz dəyərində xəzinə və lazımlı bir atribut olacaq.

Nikah müqaviləsi bağlayan gənclərə hədiyyə olunacaq “Pələng dərisi geymiş pəhləvan” əsəri məşhur Gürcüstan rəssamı Serqo Kobuladzenin təsvirləri ilə bəzədilib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.