DÜNYA


Gürcüstan ilə ABŞ arasında hərbi əməkdaşlıq haqqında yeni memorandum imzalanacaq

Tbilisi, 16 fevral, AZƏRTAC

Gürcüstan ilə ABŞ arasında hərbi sahədə əməkdaşlığa dair yeni memorandum imzalanacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın müdafiə naziri Levan İzoriya ABŞ-ın müdafiə naziri Patrik Şenaxen ilə Münxendə keçirilən görüşündən sonra söyləyib. O deyib ki, Gürcüstanın Baş naziri Mamuka Baxtadzenin rəhbərliyi ilə keçirilən görüşdə ABŞ ilə strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi, Gürcüstanın NATO-ya inteqrasiyası, hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri, regionda vəziyyət, münaqişələrin həlli yolları və s. məsələlər müzakirə olunub.

Nazirin sözlərinə görə, bu il ABŞ ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığa dair 5 illik müqavilə imzalanacaq. Müzakirə olunan vacib məsələlərdən biri də ABŞ-dan yeni silahların alınmasıdır. Yeni imzalanacaq sənəddə ABŞ istehsalı olan və hədəfi yüksək dəqiqliklə məhv edə bilən silahların Gürcüstana satılması məsələsi də əksini tapıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.