DÜNYA


Gürcüstan ilə ABŞ arasında müdafiə sahəsində əməkdaşlığa dair saziş imzalanıb

Tbilisi, 18 oktyabr, AZƏRTAC

ABŞ-ın müdafiə naziri Lloyd Austinin Gürcüstana səfəri çərçivəsində iki ölkənin Müdafiə nazirlikləri arasında saziş imzalanıb.

AZƏRTAC xəbər verir ki, Gürcüstanın müdafiə qabiliyyətinin gücləndirilməsini nəzərdə tutan sənədi müdafiə nazirləri – Cuanşer Burçuladze və Lloyd Austin imzalayıblar.

C.Burçuladze görüşdən sonra bildirib ki, ABŞ ilə möhkəm tərəfdaşlıq Gürcüstanın sabit inkişafına, həmçinin bölgədə sülhün və təhlükəsizliyin qorunmasına imkan verir. Bu gün biz ABŞ ilə strateji əməkdaşlıqda keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşuq.

Pentaqon rəhbəri isə bildirib ki, ABŞ Gürcüstanı güclü strateji tərəfdaş kimi qiymətləndirir. Bizim Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə dəstəyimiz dəyişməz olaraq qalır. Biz Gürcüstanın müdafiə sektorunda institusional islahatları dəstəkləyəcək, ölkənin NATO ilə əməkdaşlıq potensialını gücləndirəcək və qarşılıqlı fəaliyyəti təşviq edəcəyik.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.