DÜNYA


Gürcüstan ilə ABŞ arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığa dair yeni saziş imzalanacaq

Tbilisi, 11 sentyabr, AZƏRTAC

Gürcüstanın yeni Müdafiə naziri İrakli Qaribaşvili ABŞ Müdafiə nazirinin Ukrayna, Rusiya və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Lora Kuper ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, görüşdə hərbi sahədə əməkdaşlıq, regional təhlükəsizlik və digər məsələlər barədə fikir mübadiləsi aparılıb. Tərəflər müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq üzrə çərçivə sazişinin yenilənməsi məsələsini müzakirə ediblər. Sənədin İ.Qaribaşvilinin yaxın gələcəkdə ABŞ-a səfəri çərçivəsində imzalanacağı gözlənilir.

İ.Qaribaşvili bildirib ki, Gürcüstan ABŞ ilə hərbi sahədə əməkdaşlığı gücləndirmək niyyətindədir. O, Gürcüstan ilə ABŞ arasında strateji tərəfdaşlığı qeyd edib, müdafiə sahəsində ikitərəfli əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.

L.Kuper deyib ki, ABŞ Gürcüstan ilə müdafiə sahəsində əməkdaşlığı davam etdirməkdə maraqlıdır. Pentaqon rəsmisi Gürcüstan ilə strateji əməkdaşlığın dərinləşdirilməsi üçün bir sıra imkanların olduğunu qeyd edib.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.