DÜNYA


Gürcüstan ilə Rusiya arasındakı yeganə quru sərhədi bağlanıb

Tbilisi, 27 iyun, AZƏRTAC

Gürcüstandan Rusiyaya gedən Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolu bağlanıb. “Kazbeqi” gömrük-keçid məntəqəsində bütün gömrük nəzarəti prosedurları dayandırılıb. Yük avtomobilləri ilə yanaşı, fiziki şəxslərin də sərhəddən keçidi qadağan edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayıb.

Bildirilir ki, ölkə ərazisində yağan güclü leysan yağışları nəticəsində Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil magistralının 136-cı kilometrliyində yolun xeyli hissəsi uçub. Teqri çayının məcrasından çıxması nəticəsində bölgədə fövqəladə vəziyyət yaranıb.

“Kazbeqi” sərhəd keçid məntəqəsinin əməkdaşları, ərazidə olan sürücülər və sərnişinlər təhlükəsiz yerə köçürülüblər.

Hazırda ərazidə xilasetmə və təmir–bərpa işləri aparılır. Departament yolun tez bir zamanda istifadəyə verilməsi üçün bütün imkanlardan istifadə edir.

Qeyd edək ki, hazırda bu yolda 1000-dən çox yük avtomobili dayanıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.