DÜNYA


Gürcüstan iqtisadiyyatı 11,2 faiz artıb

Tbilisi, 5 iyul, AZƏRTAC

Gürcüstan iqtisadiyyatı cari ilin yanvar-may aylarında 11,2 faiz artıb.

Təkcə may ayında ölkədə istehsal edilmiş Ümumi Daxili Məhsulun (ÜDM) real artımı illik müqayisədə 11,6 faiz, cari ilin ilk beş ayı üzrə orta göstəricisi isə 11,2 faiz artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Bildirilir ki, hesabat dövründə ən çox artım nəqliyyat və anbar təsərrüfatı, elektrik, qaz, buxar və kondisioner təchizatı, mehmanxana və restoranlar, istehsal, tikinti, mədənçıxarma sənayesində qeydə alınıb.

İstehlak qiymətləri indeksi ötən ilin müvafiq ayı ilə müqayisədə 113,3, əvvəlki ayla müqayisədə isə 101,1 təşkil edib.

Sənaye məhsullarının istehsalçı qiymətləri indeksinə gəlincə, bu, əvvəlki illə müqayisədə 114,2, əvvəlki ayla müqayisədə isə 98,8 təşkil edib.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.