DÜNYA


Gürcüstan iqtisadiyyatı bu il 5 faiz azalacaq

Tbilisi, 13 noyabr, AZƏRTAC

Cari ildə Gürcüstan iqtisadiyyatı 5 faiz azalacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) hesabatında bildirilib.

Qeyd olunur ki, Gürcüstanda iqtisadi geriləmə 2021-ci ildə dayanacaq və qismən inkişaf olacaq. Bankın proqnozlarına əsasən, gələn il Gürcüstanda iqtisadi artım 3,5 faiz olacaq.

Banka görə, COVID-19 pandemiyası Gürcüstanın böyük olmayan və açıq iqtisadiyyatı üçün xüsusən dağıdıcıdır. İqtisadiyyatın bərpası isə turizm sektorunun dirçəlməsindən asılı olacaq.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.