İQTİSADİYYAT


Gürcüstan istehlak etdiyi neft bitumunun 60,4 faizini Azərbaycandan alıb

Tbilisi, 15 sentyabr, AZƏRTAC

Cari ilin yanvar-avqust aylarında Gürcüstan 72,9 min ton bitum idxal edib. Bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 37,6 min ton və ya 34 faiz azdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Neft Məhsulları İxracatçıları Birliyi məlumat yayıb.

Qeyd olunub ki, Gürcüstan hesabat dövründə Azərbaycandan 44 min ton neft bitumu idxal edib. Bu da ümumi neft bitumu idxalının 60,4 faizini təşkil edib. Bu göstərici ilə Azərbaycan qonşu ölkənin bitum idxalçıları sırasında birinci yerdədir.

Siyahıda sonrakı əsas yerləri İraq (16,2 min ton), İran (7,6 min ton), Rusiya (3,2 min ton) və digər ölkələr tutur.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.