DÜNYA


Gürcüstan keçən il 86 milyon 200 min şüşə çaxır ixrac edib

Tbilisi, 7 yanvar, AZƏRTAC

Ötən il Gürcüstan 86 milyon 200 min şüşə (1 ədəd - 0,75 litr) çaxır ixrac edib.

AZƏRTAC Gürcüstanın Kənd Təsərrüfatı Nazirliyinə istinadla xəbər verir ki, bu, son 30 ildə ən yüksək göstəricidir.

Nazirliyin məlumatına görə, 2018-ci ildə ixrac olunan şərabın ümumi həcmi 2017-ci illə müqayisədə 13 faiz çox olub.

Ümumilikdə, 2018-ci ildə Gürcüstan Azərbaycan da daxil olmaqla, 53 ölkəyə 203 milyon dollar həcmində çaxır göndərib.

Gürcüstanın şərab ixrac etdiyi ölkələr sırasında ilk beşlikdə Rusiya, Ukrayna, Çin, Qazaxıstan və Polşa qərarlaşıb.

Bununla belə, 2018-ci ildə Gürcüstan bir neçə ölkədən, o cümlədən Azərbaycandan müxtəlif növ şərab məhsulları idxal edib.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.