DÜNYA
Gürcüstan kibertəhlükəsizliyini möhkəmləndirmək üçün xaricdən maliyyə yardımı alır
Tbilisi, 1 iyul, AZƏRTAC
Gürcüstan kibertəhlükəsizliyini möhkəmləndirmək üçün xarici ölkələrdən maliyyə dəstəyi alır. Britaniya hökuməti Gürcüstana bu məqsədlər üçün 5 milyon funt sterlinq maliyyə yardımı ayırıb.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə Böyük Britaniyanın Baş naziri Boris Conson arasında görüşdə məlumat verilib.
Bildirilib ki, bu yardım Böyük Britaniyanın Gürcüstana kibertəhlükəsizlik sahəsində dəstəyinin növbəti mərhələsidir. Bu, Gürcüstanın Milli Təhlükəsizlik Şurasına yeni kibertəhlükəsizlik strategiyasını hazırlamağa imkan verəcək. Britaniya, həmçinin kibermüdafiəni və bu sahədə imkanlarını gücləndirmək üçün Gürcüstanın Müdafiə Nazirliyi ilə birbaşa işləyəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:43]
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]