DÜNYA


Gürcüstan kişilərin qeyri-infeksion xəstəliklərdən ölüm faktına görə dünyada səkkizinci yerdədir

Tbilisi, 21 oktyabr, AZƏRTAC

Gürcüstan kişilərin qeyri-infeksion xəstəliklərdən ölüm faktına görə dünyada ilk onluğa düşüb.

AZƏRTAC “The Lancet” jurnalına istinadla xəbər verir ki, Gürcüstanda qeyri-infeksion xəstəliklərdən ölən kişilər əsasən 30-70 yaş arasındadır. Ölkə bu göstərici ilə dünyada 8-ci yerdədir.

Birinci 3 yeri Monqolustan, Fici və Qazaxıstan tutur.

Jurnalın məlumatına görə, alimlər 180 ölkədə xərçəng, şəkərli diabet, ürək-damar və nəfəs yollarının iltihabından ölüm hallarının artım dinamikasını öyrəniblər. Bu ölkələrdə həmin xəstəliklərdən ölən kişilər əhalinin 34,9 faizini, qadınlar isə 15,9 faizini təşkil edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.