DÜNYA


Gürcüstan koronavirusun yayılmasına görə “sarı” zona ölkələri sırasına daxil edilib

Tbilisi, 11 sentyabr, AZƏRTAC

Gürcüstan koronavirus pandemiyasının yayılma göstəricilərinə görə “yaşıl” zonadan “sarı” zonaya aid ölkələr sırasına daxil edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Səhiyyə nazirinin müavini Tamar Qabuniya “Palitranews” televiziya kanalının “Newsrum” verilişində çıxışı zamanı məlumat verib.

Nazir müavini deyib ki, Gürcüstan üçün epidemioloji model hazırlanıb və bu modeldəki cədvəldə əhalinin hər 100 min nəfərindən 10 nəfərinin yoluxma norması əksini tapıb. Ölkələr yoluxma hər 100 min nəfərdən 10-dan 30-dək intervalda dəyişdiyi halda “sarı” zonaya yerləşdirilir.

“Əgər bu vəziyyət iki həftə davam edərsə, deməli ölkə artıq “sarı” zonadadır”, – deyə, T,Qabuniya vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.