SİYASƏT
Gürcüstan mətbuatı Azərbaycan Prezidentinin “Haber Global” televiziyasına müsahibəsindən materiallar yayıb
Tbilisi, 13 oktyabr, AZƏRTAC
Gürcüstanın aparıcı informasiya portalları Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsindən materiallar yayıb.
AZƏRTAC xəbər verir ki, report.ge, pia.ge, 24news.ge, interpressnews.ge və digər portallarda materiallar oxuculara Azərbaycan, rus, gürcü və ingilis dillərində çatdırılır.
Azərbaycan Prezidentinin fikirlərinə istinadla verilən xəbərlərdə Azərbaycan Ordusunun daha bir neçə yaşayış məntəqəsinin erməni işğalından azad olunduğu, Türkiyənin ATƏT-in Minsk qrupuna üzv olmasının vacibliyi, Gəncə şəhərinin raket atəşinə tutulması barədə əmrin şəxsən Ermənistan baş naziri Nikol Paşinyan tərəfindən verildiyi və sair məsələlər əksini tapıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi