SİYASƏT


Gürcüstan mətbuatı Baş nazir İrakli Qaribaşvilinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü geniş işıqlandırıb

Tbilisi, 29 sentyabr, AZƏRTAC

Gürcüstanın interpressnews.ge, report.ge, rustavi2.ge, 1tv.ge, sputnik-georgia.ru, 24news.ge, apsny.ge apsny.ge, interpress.ge, kavkasia.net, aktual.ge və s. informasiya portalları, televiziya və radioları Baş nazir İrakli Qaribaşvilinin Azərbaycana səfəri, xüsusilə də Prezident İlham Əliyev ilə görüşü barədə geniş məlumatlar yayıb.

AZƏRTAC xəbər verir ki, gürcü, ingilis və rus dillərində yayımlanan materiallarda Prezident İlham Əliyevin Azərbaycan-Gürcüstan münasibətləri, Cənubi Qafqazda və dünyada gedən proseslər, regionda yaranmış yeni reallıqlar, eləcə də Baş nazir İrakli Qaribaşvilinin səfərinin əhəmiyyəti və ölkələrimiz arasındakı əlaqələrə dair fikirləri yer alıb.

Oxuculara, dinləyicilərə və tamaşaçılara bu səfərin tarixi əhəmiyyəti, eləcə də Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyasının Bakıda keçirilən iclası barədə də ətraflı məlumat verilib.

Ümumilikdə gün ərzində İrakli Qaribaşvilinin səfəri, Prezident İlham Əliyevlə görüşü və müştərək komissiyanın iclasındakı iştirakına dair 50-yə yaxın material, reportaj yayımlanıb.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.