CƏMİYYƏT
Gürcüstan mətbuatı Baş nazir İrakli Qaribaşvilinin Azərbaycana səfərini geniş işıqlandırıb
Tbilisi, 6 may, AZƏRTAC
Gürcüstan mətbuatı Baş nazir İrakli Qaribaşvilinin Azərbaycana səfərini və keçirdiyi görüşləri geniş işıqlandırıb.
AZƏRTAC xəbər verir ki, Gürcüstanın apsny.ge, gaxa.ge, report.ge, actual.ge, interpress.ge, interpressnews.ge, 24news.ge portalları, mtavari.tv, 1tvr.ge televiziya kanalları və digər kütləvi informasiya vasitələri Baş nazir İrakli Qaribaşvilinin Azərbaycan Prezidenti İlham Əliyev və digər rəsmi şəxslər ilə görüşləri barədə çoxsaylı materiallar yayıblar.
Materiallarda Azərbaycan Prezidentinin, Baş nazirinin, parlament sədrinin, eləcə də Gürcüstanın Baş nazirinin, xarici işlər nazirinin fikirləri geniş işıqlandırılıb.
İrakli Qaribaşvilinin Azərbaycana səfəri ilə bağlı ümumilikdə 40-dan çox yazılı və videomaterial yayımlanıb.
Materiallar oxuculara Azərbaycan, gürcü, rus və ingilis dillərində təqdim olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi