SİYASƏT


Gürcüstan mətbuatı Ermənistanın Gəncəni raket atəşinə tutmasından yazır

Tbilisi, 17 oktyabr, AZƏRTAC

Gürcüstanın aparıcı kütləvi informasiya vasitələri işğalçı Ermənistanın Gəncə şəhərini raket atəşinə tutmasından yazır.

AZƏRTAC xəbər verir ki, report.ge, interpressnews.ge, 24News.ge, pia.ge, aktual.ge informasiya agentliklərinin Azərbaycan, rus, ingilis və gürcü dillərində yaydıqları materiallarda erməni işğalçı qüvvələrinin Azərbaycanın cəbhə xəttindən uzaqda yerləşən Gəncə və Mingəçevir şəhərlərini ballistik raket atəşinə tutması, dinc əhali arasında 13 nəfərin ölməsi və 40-dan çıx insanın yaralanması, yaşayış binalarının dağılması barədə oxuculara məlumatlar verilir.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə, Müdafiə və Xarici İşlər nazirliklərinə, eləcə də Baş Prokurorluğa istinadla yayılan məlumatlarda buna görə məsuliyyətin Ermənistan rəhbərliyinin üzərinə düşdüyü, bu cür halların təkrar olunmasının erməni terrorunun bariz nümunəsi olduğu diqqətə çatdırılır.

Bundan başqa, Gürcüstan mətbuatı Azərbaycan Ordusunun düşmənin xeyli sayda canlı qüvvəsini və hərbi texnikasını məhv etməsi barədə məlumatlar da verib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.